Fələstinin HƏMAS qruplaşmasının İsrailə hücum etməsindən sonra “X” sosial şəbəkəsində dezinformasiyalar yayılmağa başlayıb.
“Report”
Komissar adıçəkilən sosial şəbəkənin Aİ-də qanunsuz kontent və dezinformasiyanın yayılmasında istifadə olunduğuna dair şübhələri olduğunu bildirib.
“Buna görə də sizi təcili olaraq sistemlərinizin effektiv olmasını təmin etməyə və mənim komandama görülən böhran tədbirləri barədə bilgiləndirməyə çağırıram”, - Breton agentliyin tanış olduğu Maska ünvanlanan məktubda qeyd edib.
Breton sözügedən dezinformasiyanın nədən ibarət olduğunu açıqlamayıb.
Bretonun “X”dəki paylaşımına cavab verən Mask isə şirkət siyasətinin hər şeyin açıq və şəffaf olmasından ibarət olduğunu diqqətə çatdırıb.
“Xahiş edirəm, “X”də işarə etdiyiniz pozuntuları sadalayın ki, ictimaiyyət onları görsün”, - sahibkar “X”də söyləyib.
Agentlik xatırladıb ki, Rəqəmsal Xidmətlər Aktı (RXA) kimi tanınan onlayn məzmun qaydaları “X” və digər böyük onlayn platformalardan qanunsuz kontenti silməyi və ictimai təhlükəsizlik və vətəndaş diskursuna qarşı riskləri aradan qaldırmaq üçün tədbirlər görməyi tələb edir.
“Təcililiyi nəzərə alaraq, mən də sizdən müvafiq hüquq-mühafizə orqanları və Avropol ilə əlaqə saxlamağınızı və onların sorğularına çevik cavab verməyinizi təmin etməyinizi gözləyirəm”, - Breton yazıb.
O, komandasının RXA uyğunluğu ilə bağlı bir sıra digər təcili məsələlərdə də Maskı izləyəcəyini deyib.
“Mən sizi növbəti 24 saat ərzində bu sorğuya çevik, dəqiq və tam cavab verməyə çağırıram”, - Breton xəbərdarlıq edib.
RXA-ya əməl edilməməsi təqdirdə, Aİ “X”i şirkətin qlobal dövriyyəsinin 6 %-i qədər cərimələyə bilər.