Ağıllı saatların qlobal satışları 38 % artıb

Ağıllı saatların qlobal satışları 38 % artıb Bu ilin ikinci rübündə dünya üzrə təxminən 40,9 milyon ədəd ağıllı saat və fiziki aktivliyi izləyən qolbağ satılıb.
İKT
3 Sentyabr , 2021 19:19
Ağıllı saatların qlobal satışları 38 % artıb

Bu ilin ikinci rübündə dünya üzrə təxminən 40,9 milyon ədəd ağıllı saat və fiziki aktivliyi izləyən qolbağ satılıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, “Canalys” analitik şirkətinin hesablamalarına görə, bu, ötən ilin analoji dövrünün göstəricisindən 5,6 % çoxdur.

Hesabat dövründə fitnes-qolbağların satışları 23,8 % azalaraq 15,5 milyon ədədə düşüb, Smart-saatların – 37,9 % artıb. Sonuncuların payına daşınan cihazlar bazarının 62 %-i düşür.

Fitnes-qolbağ seqmentində 19,6 %-lik bazar payı ilə “Xiaomi”, ağıllı saatlar seqmentində isə “Apple” (bazar payı 31,1 %) liderlik edir.

Son xəbərlər

Orphus sistemi