Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda texnoloji startapların inkişafını dəstəkləmək üçün 550 min ABŞ dolları dəyərində olan layihənin icrasına başlayıb. Bu məbləğin 500 min ABŞ dolları qrant şəklində Koreyanın Elektron Asiya və Bilik Tərəfdaşlığı Fondundan (EAKPF) maliyyələşəcək.
"Report" ADB-yə istinadən xəbər verir ki, Azərbaycana dəstək verməkdə məqsəd kasıblığı aradan qaldırmaq və bərabərsizliyi azaltmaqdır, gender bərabərliyinin təmin edilməsini sürətləndirmək və idarəetməni, həmçinin institusional potensialı gücləndirməkdir.
Layihə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin (ASAN) "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinə texnoloji startapları dəstəkləmək üçün effektiv və işlək institusional mexanizmlərin yaradılmasını nəzərdə tutur.
Bununla yanaşı, məqsəd ölkədə özəl sektorun inkişafına nail olmaq və insan kapitalını gücləndirməkdir.
Layihə ADB-nin Azərbaycan tərəfdaşlığı 2009-2023-cü illər üzrə Startegiyasının prioritetinə uyğun olaraq idarəetməni informasiya texnologiyaları vasitəsilə gücləndirəcək. Layihə ADB-nin "Azərbaycan üçün Biznes Əməliyyat Planı 2020-2022"yə daxildir.
Bank qeyd edir ki, Azərbaycan hökuməti rəqəmsal inkişafın vacibliyini anlayır və İKT sektorun inkişafını iqtisadiyyatın diversifikasiyasının vacib elementi olaraq nəzərdən keçirir. Hökumət texnoloji startapları ölkənin İKT sektorunun hərəkətverici qüvvəsi olaraq görür. Həmçinin, hökumət bu sahəni innovativ həllər üçün və iqtisadiyyatın məhsuldar böyüməsi üçün mənbə olaraq görür.
Asiya İnkişaf Bankının "Ölkə üzrə Əməkdaşlıq Strategiyası" İKT sektorunun infrastrukturunun və xidmətlərinin genişləndirilməsini dəstəkləməsi nəzərdə tutur. Bura rəqəmsal mikro biznesi və kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək və rəqəmsal iqtisadiyyat üçün əlverişli mühitin gücləndirilməsi daxildir.
ADB prosesin icrasına məsləhətçilər cəlb edəcək. Azərbaycanda bir neçə dövlət qurumları texnoloji startapların inkişafını milli səviyyədə dəstək verir. ASAN xidmətin nəzdində Texniki Dəstəklə bağlı Koordinasiya qrupu yaradılacaq və dövlət qurumlarının nümayəndələri də təmsil ediləcək.
Koordinasiya qrupu layihə koordinatoru tərəfindən hazırlanmış yarım illik inkişaf hesabatlarını nəzərdən keçirəcək və ADB-nin bununla bağlı missiyası ildə iki dəfə toplanacaq.
Layihə 2022-ci ilin iyun ayına qədər icra ediləcək. Layihəni ASAN xidmət, Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və "İnnoland Şəki" tərəfindən icra ediləcək.