ABŞ və Avropa Tayvandan asılılığı azaltmaq istəyir

ABŞ və Avropa Tayvandan asılılığı azaltmaq istəyir ABŞ və Avropa İttifaqı nəyin bahasına olursa olsun mikroçip istehsalında lider olan Tayvana çatmaq istəyir.
İKT
26 İyul , 2021 07:42
ABŞ və Avropa Tayvandan asılılığı azaltmaq istəyir

ABŞ və Avropa İttifaqı nəyin bahasına olursa olsun mikroçip istehsalında lider olan Tayvana çatmaq istəyir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, artıq ABŞ-da “İnnovasiya və Rəqabət” qanun layihəsi hazırlanıb. Bu qanuna əsasən elm və texnikanın inkişafına 250 milyard ABŞ dolları ayrılacaq. Vəsaitin 52 milyard dolları sırf mikroçip istehsalına yönləndiriləcək.

Layihə artıq Senatda təsdiqlənib və Nümayəndələr Palatasında təsdiqini gözləyir. ABŞ ticarət naziri Cina Raymondo bildirib ki, hökumətin məqsədi 18 ay ərzində 8 mikroçip fabriki açmaq istəyən şirkətlərə kömək etməkdir.

C. Raymond artıq “Micron” və “GlobalFoundries” kimi böyük şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Bu sahədə ən böyük Amerika şirkəti olan “Intel”, Arizonada 2024-cü ilə qədər təxminən 20 milyard ABŞ dollarına iki fabrik tikməyi planlaşdırır.

Aİ-nin daxili bazarlar üzrə Komissarı Tyeri Bretonun sözlərinə görə, Brüssel 2030-cu ilə qədər xaricdən gələn mikroçiplərdən asılılığını 20 faizə qədər azaltmaq, ən müasir, 2 nanometrlik çiplərin istehsalına başlamaq istəyir. Bundan başqa Niderland, Belçika, İtaliya və ya İrlandiyada mikroçiplər istehsal edən zavodların tikilməsi də diqqət mərkəzindədir.

Öz növbəsində, dünyanın ən böyük mikroçip istehsalçısı “Tayvan Semiconductor Manufacturing Company” qarşıdakı illərdə daha çox inkişafa nail olmaq üçün şirkətə əlavə olaraq 100 milyard ABŞ dolları sərmayə qoyacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi