ABŞ-ın yeni sanksiyalar paketi Rusiyanı SWIFT-dən ayıra bilər

ABŞ-ın yeni sanksiyalar paketi Rusiyanı SWIFT-dən ayıra bilər ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları “Putinin ətrafına” və enerji şirkətlərinə təsir göstərə, həmçinin Rusiyanı SWIFT-dən ayıra bilər.
İKT
7 Dekabr , 2021 03:22
ABŞ-ın yeni sanksiyalar paketi Rusiyanı SWIFT-dən ayıra bilər

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları “Putinin ətrafına” və enerji şirkətlərinə təsir göstərə, həmçinin Rusiyanı SWIFT-dən ayıra bilər.

Bu barədə “Report” “CNN”ə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, hazırda rəsmilər Rusiya prezidenti Vladimir Putini Ukraynaya müdaxilədən çəkindirmək üçün nəzərdə tutulan Rusiyaya qarşı geniş spektrli sanksiyaları nəzərdən keçirirlər. Buraya Rusiyanın bütün dünya banklarının istifadə etdiyi SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması da daxildir.

Yeni sanksiyaların nə vaxt tətbiq ediləcəyi ilə bağlı hələ yekun qərar yoxdur, ABŞ prezidenti Co Baydenin administrasiyası hazırda avropalı tərəfdaşlarla danışıqlar aparır.

Son xəbərlər

Orphus sistemi