ABŞ-da “Xiaomi” şirkətinə sərmayə qadağası ləğv edilib

ABŞ-da “Xiaomi” şirkətinə sərmayə qadağası ləğv edilib Vaşinqtondakı məhkəmənin qərarı ilə “Xiaomi” şirkətinə sərmayə qoymaqla bağlı hökumətin tətbiq etdiyi qadağa müvəqqəti dayandırılıb
İKT
13 Mart , 2021 11:15
ABŞ-da “Xiaomi” şirkətinə sərmayə qadağası ləğv edilib

Vaşinqtondakı məhkəmənin qərarı ilə “Xiaomi” şirkətinə sərmayə qoymaqla bağlı hökumətin tətbiq etdiyi qadağa müvəqqəti dayandırılıb.

“Report” “WSJ”yə istinadən xəbər verir ki, hökumətin bu qərarı “kökündən səhv” olaraq dəyərləndirilib.

”Xiaomi” mülki istehlak üçün kommersiya məhsulları istehsal edən, müstəqil şura üzvləri və nəzarət səhmlər zərfinin sahibləri tərəfindən idarə olunan ictimai şirkət olub Çin Xalq Respublikası və ya onun xüsusi xidmətlərinin nəzarətindəki şəxslərlə bağlı deyil”, – federal hakim Rudolf Kontreras məsələyə dair fikir bildirib.

Şirkətdən isə qərardan məmnun qaldıqlarını və sözügedən qadağanın tam ləğv olunmasına çalışacaqlarını deyiblər. Pentaqon isə bu məsələyə dair hələlik şərh verməyib.

Xatırladaq ki, yanvar ayında Pentaqon ABŞ-da fəaliyyət göstərərək Çin hərbiyyəsilə bağlı olduğu düşünülən şirkətlərin siyahısına daha 9 şirkətin adını salıb. Həmin yeni şirkətlər arasında Çin Kommersiyalı Uçuş Vasitələri Şirkəti (COMAC) və dünyanın ən böyük smartfon istehsalçılarından “Xiaomi” də var. İlkin olaraq 1999-cu ildə qəbul edilmiş qanuna əsasən 2020-ci ilin iyun ayında tərtib edilərək Konqresə təqdim edilmiş siyahıda 20 şirkət, o cümlədən “Huawei” də vardı. Qeyd olunan qanuna görə ABŞ prezidenti siyahıya salınmış şirkətlərə qarşı məhdudiyyətlər tətbiq etmək hüququna malikdir.

ABŞ-ın əvvəlki Prezidenti Donald Tramp tərəfindən imzalanmış fərmana əsasən, siyahıdakı şirkətlərə sərmayə yatırmış ABŞ şirkətləri bu il noyabrın 11-dək həmin aktivlərini əldən çıxarmalıdır.

Son xəbərlər

Orphus sistemi