4SİM rəhbərliyi Silikon vadisində Azərbaycanlı icmanın üzvləri ilə görüşüb

4SİM rəhbərliyi Silikon vadisində Azərbaycanlı icmanın üzvləri ilə görüşüb ABŞ-ın San Fransisko şəhərində səfərdə olan İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 28 may Müstəqillik Günü münasibətilə Silikon Vadisində çalışan Azərbaycanlı
İKT
28 May , 2024 13:45
4SİM rəhbərliyi Silikon vadisində Azərbaycanlı icmanın üzvləri ilə görüşüb

ABŞ-ın San Fransisko şəhərində səfərdə olan İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 28 may Müstəqillik Günü münasibətilə Silikon Vadisində çalışan Azərbaycanlı icmanın nümayəndələri ilə görüşüb.

"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.

F.Cəfərov 4SİM-in fəaliyyəti, icra etdiyi layihələr, “Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə Strategiya” haqqında icma üzvlərinə məlumat verib. Strategiya çərçivəsində yaradılması nəzərdə tutulan Generativ Süni İntellekt və Rəqəmsal Əməkdaşlıq Mərkəzi layihələrində Azərbaycanlı həmkarlarımızın hansı töhfələr verə biləcəyi barədə fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları Azərbaycan dilində böyük verilənlərin yaradılması, çağrı mərkəzlərinin işinin optimallaşdırılması üçün süni intellektin tətbiqi, Milli İqtisadiyyatın müxtəlif sektorlarında 4Sİ texnologiyalarının tətbiqi ilə bağlı müzakirələr aparıblar.

Görüşdə Gladly, Zoom, Meta, Nooks, Fortinet kimi şirkətlərdə çalışan, eləcə də Stanford Universitetində təhsil alan tələbələrdən ibarət 20 nəfər Azərbaycanlı icma üzvü iştirak edib.

Son xəbərlər

Orphus sistemi