İqtisadiyyat Nazirliyi tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “Meta” və “Google” şirkətləri ilə birgə əməkdaşlıq çərçivələrini müzakirə edib.
“Report” xəbər verir ki, bunu 4SİM-in icraçı direktoru Fariz Cəfərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər il ABŞ-ın San-Fransisko şəhərində 19 4SİM üçün dünyanın 300 ən iri texnoloji şirkətləri ilə görüşü təşkil olunur: “Bu il biz də bu tədbirdə iştirak etdik. Həmin tədbirdə Azərbaycanda süni intelektin dövlət və özəl sektora tətbiqi ilə bağlı layihələr, eyni zamanda rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı layihədən danışdıq”.
O qeyd edib ki, bu strategiya çərçivəsində nəzərdə tutulan 60-dan çox təşəbbüsün “Meta”, “Google” və digər böyük şirkətlərin rəyləri alınıb.