4SİM “Binance”la Azərbaycanda metakainat texnologiyalarını inkişaf etdirəcək

4SİM “Binance”la Azərbaycanda metakainat texnologiyalarını inkişaf etdirəcək İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə “Binance” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
İKT
11 Sentyabr , 2024 13:14
4SİM “Binance”la Azərbaycanda metakainat texnologiyalarını inkişaf etdirəcək

İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə “Binance” şirkəti ilə Azərbaycanda metakainat texnologiyalarını inkişaf etdirəcək.

Report xəbər verir ki, bununla bağlı 4SİM ilə "Binance" arasında Bakıda keçirilən "Chain Reaction 2024" forumu çərçivəsində Anlaşma Memorandumu imzalanıb.

Memorandumu 4SIM-in icraçı direktoru Fariz Cəfərov və "Binance"ın regional bazarlar üzrə rəhbəri Vişal Saçindran imzalayıb.

Memorandumun əsas istiqamətlərini açıqlayan 4SİM-in icraçı direktoru Fariz Cəfərov qeyd edib ki, buraya metakainat, blokçeyn və "Web3" texnologiyalarının Azərbaycanda inkişafı, həmçinin süni intellekt, NFT və oyun sənayesində istifadə olunan virtual alətlər, rəqəmsal aktivlər və ödəniş sistemləri ilə bağlı müxtəlif təhsil proqramlarının tətbiqi daxildir: "Əməkdaşlığımızın əsas elementlərindən birinə dünyada 20 milyondan çox istifadəçisi olan "Binance Academy" platformasının proqramlarını Azərbaycan bazarına uyğunlaşdıraraq vətəndaşlarımızın bu texnologiyalar haqqında məlumatlılığını artırmaqdır. Bundan əlavə, 4SIM universitetlərlə sıx əməkdaşlıq qurmağı və birgə təhsil proqramları həyata keçirməyi planlaşdırır".

O əlavə edib ki, həm yerli, həm də beynəlxalq tərəfdaşların iştirakı ilə onlayn və oflayn konfranslar, təlimlər və seminarlar təşkil olunacaq.

V. Saçindran isə bildirib ki, "Binance" Mərkəz ilə birlikdə, blokçeyn və rəqəmsal aktivlər sahəsində innovasiya və artımı təşviq etmək üçün əsas təşəbbüslərə diqqət yetirəcək.

"4SIM ilə tərəfdaşlığımız Azərbaycanda təhsil və sənayenin inkişafına verdiyimiz dəstəyi nümayiş etdirir. Məqsədimiz tələbələrə və mütəxəssislərə rəqəmsal iqtisadiyyat üçün vacib olan bacarıqları qazandırmaqdır. Azərbaycanda maarifləndirmə və blokçeyn təşəbbüslərini inkişaf etdirmək məqsədilə "Web3" və blokçeyn texnologiyasında öyrənmə və innovasiya üçün dəyərli imkanlar təmin edən lokallaşdırılmış təhsil proqramlarını dəstəkləməkdən məmnunuq", - deyə o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi