“3 Ozan bir arada” adlı poçt markası dövriyyəyə buraxılıb

“3 Ozan bir arada” adlı poçt markası dövriyyəyə buraxılıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birlikdə “3 Ozan bir arada” adlı poçt markasını dövriyyəyə buraxıb.
İKT
5 Mart , 2022 15:43
 “3 Ozan bir arada” adlı poçt markası dövriyyəyə buraxılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birlikdə “3 Ozan bir arada” adlı poçt markasını dövriyyəyə buraxıb.

"Report" xəbər verir ki, bu barədə “Azərpoçt” məlumat yayıb.

Məlumata görə, marka türk xalqlarının çoxəsrlik mədəniyyətini, tarixini tanıtmaq məqsədilə “3 Ozan bir arada” layihəsi çərçivəsində Türk dünyasının üç böyük şairi – Yunus Əmrə, Aşıq Ələsgər, Jambıl Jabayevin yubiley tarixləri ilə əlaqədar çap olunub. Layihə Türk ədəbiyyatının böyük söz sənətkarı Yunus Əmrənin vəfatının 700-cü ildönümünə, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinə, Qazaxıstanın xalq şairi Jambıl Jabayevin 175 illik yubileyinə həsr olunub. Şairlərin portretlərinin əks olunduğu markanın müəllifi Azərbaycanlı rəssam Orxan Qarayevdir.

Son xəbərlər

Orphus sistemi