XDMX: Son 1 ayda bank məlumatlarını oğurlamağa yönəlmiş 22 mindən çox troyan bloklanıb

XDMX: Son 1 ayda bank məlumatlarını oğurlamağa yönəlmiş 22 mindən çox troyan bloklanıb Son statistikalar göstərir ki, kiber-hücumlar öz istiqamətini dəyişib. Əslində, hücumlar informasiya resurslarını deyil, birbaşa insanları hədəfə alıb.
İKT
13 Mart , 2019 17:26
XDMX: Son 1 ayda bank məlumatlarını oğurlamağa yönəlmiş 22 mindən çox troyan bloklanıb

"Son statistikalar göstərir ki, kiber-hücumlar öz istiqamətini dəyişib. Əslində, hücumlar informasiya resurslarını deyil, birbaşa insanları hədəfə alıb".

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən "Kibertəhlükəsizlik: Bizim ortaq məsuliyyətimiz" adlı forumda çıxış edən Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) nümayəndəsi Tural Məmmədov məlumat verib.

T.Məmmədov əlavə edib ki, insanların maarifləndirilməsi yolu ilə onların təhlükəsizlik səviyyəsini yüksəltmək olar: "Son bir ayın (01.02.2019 - 01.03.2019) nəticələrini göstərən başqa statistika da onu təsdiq edir ki, əsas zərərvericilər insanları hədəfə alır. Son zamanlar maliyyəyönümlü zərərvericilər daha da aktivləşib. Bu statistikada da ilk yerdə RAMMIT adlı zərərvericidir (troyan-trojan) ki, o da bank əməliyyatlarını hədəfə alır. Son 1 ayda biz 22347 troyanı bloklamışıq".

Bu məsələlərlə bağlı "Report"a açıqlama verən T.Məmmədov deyib ki, son dövrlər mövcud olan hücumlarda RAMMIT-in əsas təyinatının məhz bank məlumatlarının oğurlanması olduğu görünür: "Bütün istifadəçilər bank kartlarından istifadə edir, onlayn ödənişlər edir. RAMMIT-in də əsas təyinatı ödənişlər vaxtı araya girib ödəniş kodlarını, məlumatlarını oğurlamaqdır".

Son xəbərlər

Orphus sistemi