Nağdsız ödəniş əməliyyatlarının həcmi 2030-cu ilə kimi ötən ilki 1 triylondan 3 trilyona kimi artacaq.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “PwC” beynəlxalq konsaltinq şirkətinin tədqiqatında deyilir.
Araşdırmada qeyd edilir ki, 2020-2025-ci illər arasındakı dövrdə nağdsız əməliyyatların həcmi 80 % artacaq. Artım tempi Asiya-Sakit Okeanı regionunda yuxarı olacaq. Belə ki, 2020-2025-ci illərdə nağdsız tranzaksiyaların həcmi 109 %, 2025-2030-cu illərdə 76 % artacaq.
Sonrakı yerlərdə müvafiq olaraq Afrika (78 %, 64 %) və Avropa (64 %, 39 %) gəlir. Ən aşağı artım tempi ABŞ və Kanadada (43 %, 35 %) olacaq.