UEFA Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyunda Bosniya və Herseqovina klubuna uduzub
Futbol
- 28 oktyabr, 2026
- 19:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını keçirib.
"Report"un məlumatına görə, turnirin əsas mərhələsinin II turunda Bosniya və Herseqovinanın "Buba Mara" komandası ilə üz-üzə gələn Naxçıvan təmsilçisi rəqibinə 3:5 hesabı ilə uduzub.
Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da baş tutan qarşılaşmada Azərbaycan çempionunun qollarını Murad Quluzadə, Oktay Rüstəmli və Kənan Manafov vurublar.
Qeyd edək ki, "Araz-Naxçıvan" yer aldığı V qrupda keçirdiyi ilk matçda Macarıstan təmsilçisi "Uypeşt"i 5:4 hesabı ilə məğlub edib. Komanda qrupdakı son matçını oktyabrın 30-da Polşa təmsilçisi "Piast"a qarşı keçirəcək.
Son xəbərlər
07:44
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
Region
07:28
Bolsonaru artıq özünü "Braziliyanın seçilmiş prezidenti" hesab etmir
Digər ölkələr
06:54
"The Atlantic": Heqset Pentaqonun baş hərbi strateqini işdən çıxarıb
Digər ölkələr
06:28
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
Digər ölkələr
05:58
AP: Pentaqon Ukraynada "Starshield"in işindəki fasilələri araşdırmaqdan imtina edib
Digər ölkələr
05:23
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
Digər ölkələr
04:49
Afrikada 700 milyondan çox insanın təmiz suya çıxışı yoxdur
Digər ölkələr
04:25
Albaniyada etirazlar fonunda hökumət dialoq üçün yeni tədbirlər həyata keçirəcək
Digər ölkələr
03:51
"Bild": Almaniyanın dövlət borcu 2,8 trilyon avronu keçib
Digər ölkələr