Voleybol üzrə dünya çempionatının qalibi müəyyənləşib

Voleybol üzrə dünya çempionatının qalibi müəyyənləşib Bakı. 20 oktyabr. REPORT.AZ/ Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatının qalibi müəyyənləşib.
Komanda
20 Oktyabr , 2018 16:51
Voleybol üzrə dünya çempionatının qalibi müəyyənləşib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatının qalibi müəyyənləşib.

“Report” xəbər verir ki, həlledici qarşılaşmada Serbiya və İtaliya komandaları üz-üzə gəlib. Qarşılaşma serblərin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Üçüncü yer uğrunda görüşdə isə Çin Hollandiyanı üstələyə bilib - 3:0. 

Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının II mərhələsində mübarizəni dayandırıb. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 24 ölkə arasında 15-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi