Voleybol üzrə Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurub

Voleybol üzrə Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurub Bakı. 11 oktyabr. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub.
Komanda
11 Oktyabr , 2018 09:25
Voleybol üzrə Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurub

Bakı. 11 oktyabr. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub.

“Report” xəbər verir ki, F qrupunda yer alan Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv II mərhələnin 4-cü oyununda da uduzub. Yığma Osaka şəhərində baş tutan görüşdə Bolqarıstan komandasına məğlub olub – 0:3 (19:25, 20:25, 20:25).

Bunadək İtaliya, Çin və Türkiyə yığmalarına məğlub olan Azərbaycan millisi ilk turun nəticələrindən sonra III mərhələyə vəsiqə qazanmaq şansını itirib. Komanda III mərhələni 6 xalla sonuncu – 8-ci pillədə başa vurub.

Qeyd edək ki, bu gün F qrupunda İtaliya - ABŞ, Türkiyə - Tailand, Çin - Rusiya oyunları keçiriləcək. Hazırda İtaliya 24 xalla liderdir. Çin 21, ABŞ 19, Rusiya 18, Türkiyə 12, Bolqarıstan və Tailand isə 11 xala malikdir. İlk 3 yeri tutanlar III mərhələyə vəsiqə qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi