Yuxarı
    Bağlamaq

    Voleybol üzrə Azərbaycan millisi Türkiyə yığmasına uduzub

    Bakı. 10 oktyabr. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində üçüncü oyunda da uduzub.

    “Report” xəbər verir ki, Osaka şəhərində baş tutan görüş “ay-ulduzlular”ın qələbəsi ilə başa çatıb – 3:1 (26:24, 25:17, 22:25, 25:21).

    Qeyd edək ki, bunadək İtaliya və Çin yığmalarına məğlub olan Azərbaycan millisi ilk turun nəticələrindən sonra III mərhələyə vəsiqə qazanmaq şansını itirib. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv F qrupunda formal xarakter daşıyan son matçını oktyabrın 11-də Bolqarıstan komandasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 05:40-da start götürəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi