Yuxarı

Üçqat Avropa çempionu olmuş Azərbaycan şahmatçıları Vətənə dönüb - FOTO

Üçqat Avropa çempionu olmuş Azərbaycan şahmatçıları Vətənə dönüb - FOTO
Çempionları hava limanında federasiya rəsmiləri, ictimaiyyət və KİV nümayəndələri qarşılayıblar

Bakı. 8 noyabr. REPORT.AZ/ Üçqat Avropa çempionu olmuş Azərbaycan şahmatçıları Vətənə dönüb.

“Report” xəbər verir ki, çempionları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, ictimaiyyət və KİV nümayəndələri, həmçinin onların yaxın qohumları qarşılayıblar.

Azərbaycan yığması Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında sonuncu turda Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib - 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan edilib. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.

Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi