Bakı. 17 avqust. REPORT.AZ/ Tanınmış amerikalı basketbolçu Tom Hokins vəfat edib. “Report”un məlumatına görə, 81 yaşlı veteran idmançı Kaliforniya ştatının Malibu şəhərindəki evində dünyasını dəyişib.
Hokins “Notr-Dam” kollecinin komandasının ilk qaradərili basktebolçusu olub. O, peşəkar karyerasını başa vurduqdan sonra radio və televiziyada şərhçi kimi fəaliyyət göstərib. Həmçinin “Los-Anceles Docers” beysbol klubunun vitse-prezidenti olub.
Qeyd edək ki, Tom Hokins “Minneapolis Leykers”, “Los-Anceles Leykers” və “Sakramento Kinqz” klublarında çıxış edib.