Azərbaycan çempionatında ikinci dövrə bu tarixdə başlayacaq

Azərbaycan çempionatında ikinci dövrə bu tarixdə başlayacaq Azərbaycan Super Liqası və Yüksək Liqasında II dövrənin başlama vaxtı dəqiqləşib.
Komanda
24 Fevral , 2020 17:53
Azərbaycan çempionatında ikinci dövrə bu tarixdə başlayacaq

Azərbaycan Super Liqası və Yüksək Liqasında II dövrənin başlama vaxtı dəqiqləşib.

Azərbaycan Voleybol Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ölkə çempionatının ikinci yarısı fevralın 25-də start götürəcək.

Həmin gün Yüksək Liqada “Express” “Neftçi” ilə üz-üzə gələcək. Saat 15:00-da start götürəcək oyun “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.

Super Liqada isə iki qarşılaşma oynanılacaq. Öncə - saat 15:00-da “Murov”la “Azərreyl” münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşdən 3 saat sonra isə meydana “Mübariz”lə UNEC çıxacaqlar. Hər iki matç Dərnəgül Voleybol Mərkəzində olacaq.

Qeyd edək ki, “Murov” – “Azerreyl” oyunu “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi