Rusiya voleybol millisinin baş məşqçisi Bakıdakı uğursuzluğa görə istefaya göndərilib

Rusiya voleybol millisinin baş məşqçisi Bakıdakı uğursuzluğa görə istefaya göndərilib Qonşu ölkə Avropa çempionu titulunu qoruya bilməyib
Komanda
24 Noyabr , 2017 16:48
Rusiya voleybol millisinin baş məşqçisi Bakıdakı uğursuzluğa görə istefaya göndərilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Rusiyanın qadın voleybolçulardan ibarət milli komandasının baş məşqçisi Konstantin Uşakov və onun köməkçisi Vladimir Kuzyutkin istefaya göndərilib.

"Report"un məlumatına görə, bu barədə federasiya prezidenti Stanislav Şevçenko açıqlama verib.

Kuzyutkin baş məşqçi vəzifəsinə fevralda təsdiqlənib. Sentyabrda isə onu Uşakov əvəzləyib.

Qeyd edək ki, Rusiya millisi bu il Azərbaycan və Gürcüstanda keçirilmiş Avropa çempionatının 1/4 finalında Türkiyə yığmasına uduzaraq mübarizəni dayandırıb. Bununla da qonşu ölkə 2013 və 2015-ci illərdə əldə etdiyi tituldan məhrum olub. 

Son xəbərlər

Orphus sistemi