Rich Binder: "Güləş Azərbaycan xalqı üçün çox önəmli idman növüdür"

Rich Binder: "Güləş Azərbaycan xalqı üçün çox önəmli idman növüdür" Bakı. 9 aprel. REPORT.AZ/ Hər iki komanda güclüdür və bugünkü final qarşılaşmasının güləşçiləri daha fərqli səviyyəyə yüksəldəcəyinə inanıram. Azərbaycan Güləş Federasiyası ilə yüksək səviyyədə əməkdaşlığımız var. Azərbaycan Güləş Federasiyası ilə sıx və yaxın münasibətlərimiz mövcuddur. Bü münasibətləri davam etdirmək, daha da inkişaf etdirmək istəyirik. Bizim üçün bu əlaqələr çox vacibdir.
Komanda
9 Aprel , 2018 00:23
Rich Binder: Güləş Azərbaycan xalqı üçün çox önəmli idman növüdür

Bakı. 9 aprel. REPORT.AZ/ "Hər iki komanda güclüdür və bugünkü final qarşılaşmasının güləşçiləri daha fərqli səviyyəyə yüksəldəcəyinə inanıram. Azərbaycan Güləş Federasiyası ilə yüksək səviyyədə əməkdaşlığımız var. Azərbaycan Güləş Federasiyası ilə sıx və yaxın münasibətlərimiz mövcuddur. Bü münasibətləri davam etdirmək, daha da inkişaf etdirmək istəyirik. Bizim üçün bu əlaqələr çox vacibdir".

"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, bunu ABŞ Güləş Federasiyasının icraçı direktoru Rich Binder deyib.

Dəfələrlə Bakıda olduğunu deyən R. Binder Azərbaycana heyranlığını bildirib:

"Dünya çempionatında, həm də Qızıl Qran Pri turnir çərçivəsində Azərbaycanda olmuşam. Dünya çempionatında yunan-Roma güləşçilərimizin ilk dəfə komanda şəklində qalib olmasını xoş xatirələrlə yad edirik. 

Biz Azərbaycanda olmağı çox istəyirik, çünki çox gözəl bir yerdir. Bakı gözəl şəhərdir. Azərbaycan xalqı üçün güləş çox önəmli bir idman növüdür. Düşünürəm ki, güləşin inkişafı ölkənin mədəniyyəti ilə sıx bağlıdır və biz Azərbaycanda bunu görürük."

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi dünya kubok yarışlarının finalına yüksəlib.

Final görüşündə yığma komandamızın rəqibi ev sahibi ABŞ idmançıları olacaq.

Son xəbərlər

Orphus sistemi