Yuxarı

"Qalatasaray"ın sabiq basketbolçusunda koronavirus aşkarlandı

"Qalatasaray"ın sabiq basketbolçusunda koronavirus aşkarlandı

Belçika basketbolunun əfsanəvi oyunçularından, "Qalatasaray" klubunun sabiq üzvü Enn Vouters koronavirusa yoluxub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə idmançı özü deyib.

39 yaşlı veteran basketbolçunun sözlərinə görə, ötən həftə götürülən analizin nəticəsi müsbət çıxıb.

Xəstəliyin çətin keçdiyini söyləyən E.Vouters virusun olduqca təhlükəli olduğunu bildirib: "Güclü vücuda sahib olduğumu düşünürdüm. Amma virus məni təsiri altına aldı. Xəstəliyi yaşamamış biri üçün olduqca qorxulu vəziyyət idi".

Keçmiş oyunçu gənclərə və ya özünü güclü hesab edənlərə xəbərdarlıq edib: "Hamımız virusla üz-üzəyik və onun daha çox yayılmasının qarşısını almaq üçün birləşməliyik. Xahiş edirəm, evdə qalın, qaydalara əməl edin və bir-birinizə diqqət yetirin".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi