Yuxarı

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında V turun matçları keçiriləcək

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında V turun matçları keçiriləcək
​Matozinyuşda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında V turun matçları keçiriləcək.

“Report” xəbər verir ki, Azərbaycan yığması tur çərçivəsində Portuqaliyanın qonağı olacaq.

Matozinyuşda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü Xose Luis Arrarte Mira (İspaniya) və Pedro Pinto Lopes (Portuqaliya) idarə edəcəklər.

Qrupun digər oyununda isə Ukrayna Bolqarıstanı qonaq edəcək.

IV turdan sonra Bolqarıstan və Azərbaycanın 9, Ukraynanın 6 xalı var. Portuqaliya isə hələlik xal qazanmayıb.

Qızıl Avropa Liqası

A qrupu V tur

18:00. Portuqaliya - Azərbaycan

Hakimlər: Xose Luis Arrarte Mira (İspaniya), Pedro Pinto Lopes (Portuqaliya)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi