Yuxarı

Azərbaycan milli komandası olimpiada üçün Bolqarıstandan sonra Rusiyada hazırlığa başlayıb

Millimiz Rusiyaya yollandı

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışının növbəti mərhələsi üçün Rusiyaya yollanıb. 

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Covanni Kapraranın baş məşqçi olduğu yığma Bolqarıstan toplanışında iki dəfə yerli komanda ilə yoxlama oyunu keçirib. Bunların birincisində 1:3 (23-25, 19-25, 25-21, 25-27) hesabı ilə uduzan Azərbaycan millisi növbətisində eyni hesabla qalib gəlib - 3:1 (25-23, 25-14, 17-25, 25-21). 

Rusiyada da yerli yığma ilə bir neçə yoxlama oyunu keçirəcək komanda daha sonra Türkiyəyə yollanacaq. 

Qeyd edək ki, toplanış 1 - 3 avqustda Braziliyada keçiriləcək 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə hazırlıq xarakteri daşıyır. Azərbaycan millisi D qrupunda təşkilatçı ölkə ilə yanaşı, Kamerun və Dominikan Respublikası ilə birgə yer alıb. Komanda Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi