Azərbaycan milli komandası olimpiada üçün Bolqarıstandan sonra Rusiyada hazırlığa başlayıb

Azərbaycan milli komandası olimpiada üçün Bolqarıstandan sonra Rusiyada hazırlığa başlayıb Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışının növbəti mərhələsi üçün Rusiyaya yollanıb.
Komanda
15 İyul , 2019 12:44
Azərbaycan milli komandası olimpiada üçün Bolqarıstandan sonra Rusiyada hazırlığa başlayıb

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışının növbəti mərhələsi üçün Rusiyaya yollanıb. 

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Covanni Kapraranın baş məşqçi olduğu yığma Bolqarıstan toplanışında iki dəfə yerli komanda ilə yoxlama oyunu keçirib. Bunların birincisində 1:3 (23-25, 19-25, 25-21, 25-27) hesabı ilə uduzan Azərbaycan millisi növbətisində eyni hesabla qalib gəlib - 3:1 (25-23, 25-14, 17-25, 25-21). 

Rusiyada da yerli yığma ilə bir neçə yoxlama oyunu keçirəcək komanda daha sonra Türkiyəyə yollanacaq. 

Qeyd edək ki, toplanış 1 - 3 avqustda Braziliyada keçiriləcək 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə hazırlıq xarakteri daşıyır. Azərbaycan millisi D qrupunda təşkilatçı ölkə ilə yanaşı, Kamerun və Dominikan Respublikası ilə birgə yer alıb. Komanda Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.

Son xəbərlər

Orphus sistemi