​Kayak və kanoe üzrə dünya çempionatında təhlükəli olay baş verib

​Kayak və kanoe üzrə dünya çempionatında təhlükəli olay baş verib Azərbaycan təmsilçiləri Aleksey Kupinlə Nikita Sablindən ibarət duet də mübarizə aparıb
Komanda
29 İyul , 2016 13:46
​Kayak və kanoe üzrə dünya çempionatında təhlükəli olay baş verib

Minsk. 29 iyul. REPORT.AZ/ Belarusun paytaxtı Minskdə yeniyetmələr və 23 yaşadək kayakçı və kanoeçilər arasında keçirilən dünya çempionatında təhlükəli olay baş verib.

"Report"un Minskə ezam olunan əməkdaşının verdiyi məlumata görə, 2 nəfərlik kanoe qayığı ilə 1000 metr məsafəyə yarımfinal yürüşündə polşalı Arsen Slivinski və Mixal Marek Lubnyevskidən ibarət duet qayıqdan suya yıxılıb.

Finişə ilk "3-lük"də çatmağa cəhd edən cütlük sonda istəyinə nail ola bilməyib. Nəticədə onlar əsas finaldan kənarda qalıblar. Üstəlik, polşalı cütlüyün qayığı finiş xəttində çevrilib. Suda çabalayan dueti xilasedicilər qurtarıblar.

Qeyd edək ki, həmin yürüşdə Azərbaycan təmsilçiləri Aleksey Kupinlə Nikita Sablindən ibarət duet də mübarizə aparıb. Onlar yürüşü 8-ci yerdə tamamladıqları üçün mübarizəni dayandırıblar. 

Son xəbərlər

Orphus sistemi