Yuxarı

Həndbol üzrə Azərbaycan çempionatının iştirakçı komandaları müəyyənləşib

Həndbol üzrə Azərbaycan çempionatının iştirakçı komandaları müəyyənləşib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Həndbol üzrə 26-cı Azərbaycan çempionatının başlama vaxtı müəyyənləşib. 

"Report" Azərbaycan Həndbol Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 6-da start götürəcək yarışda 6-sı qadınlardan, 4-ü isə kişilərdən ibarət olmaqla 10 komanda iştirak edəcək.

Kişilərin mübarizəsinə "Bakı", "Təhsil", "U-16" və "Məhsul", qadınların mübarizəsinə isə "Azərsu", "Azəryol", "Gənclər Birliyi", "İdman Akademiyası","Olimpiya", "Qarabağ" komandaları qatılacaq. 

İlk yarış günündə "Gənclər Birliyi" "Azəryol"la, "İdman Akademiyası "Qarabağ"la, "Azərsu" isə "Olimpiya" kollektivi ilə üz-üzə gələcək. Oyunlar "ABU Arena"da təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi