​Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır

​Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır Rəqib İtaliya yığmasıdır
Komanda
3 Fevral , 2016 09:31
​Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatında ilk oyununu keçirəcək. "Report"un məlumatına görə, rəqib İtaliya yığması olacaq.

Serbiyanın paytaxtı Belqradda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Azərbaycan futzalçıları D qrupunda sonuncu oyununu fevralın 5-də Çexiyaya qarşı keçirəcək.

İlk yarış günündə iki oyun keçirilib. A qrupunda Serbiya Sloveniyanı 5:1, İspaniya isə Macarıstanı 5:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, qrup mərhələsinə fevralın 7-də yekun vurulacaq. Avropa çempionatında 12 komanda 4 qrupda mübarizə aparacaq. Reqlamentə əsasən, hər qrupda ilk 2 yerin sahibi 1/4 finala yüksələcək.

Son xəbərlər

Orphus sistemi