Yuxarı

"Formula-2" yarışının VIII mərhələsinin qalibi müəyyənləşib

"Formula-2" yarışının VIII mərhələsinin qalibi müəyyənləşib
“Pertamina Arden” komandasının pilotu bütün rəqiblərini qabaqlayıb

Bakı. 25 iyun. REPORT.AZ/ Bakıda keçirilən "Formula-2" yarışının VIII mərhələsinin qalibi müəyyənləşib.

“Report”un məlumatına görə, 21 dövrəli yarışda Fransanın “Pertamina Arden” komandasının pilotu Norman Nato 40:37.601 göstərici ilə bütün rəqiblərini qabaqlayıb.

Şarl Lekler (Monako, “Prema Racing”) ikinci, Nikolas Latifi (Kanada, DAMS) isə finiş xəttini üçüncü sırada keçib.

İyunun 24-də Bakıda "Formula-2" yarışının 29 dövrədən ibarət olan VII mərhələsi baş tutub. Yarışın qalibi “Prema Racing” komandasının pilotu Şarl Lekler olub (52:33.196).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi