Finlandiya polisi Kuba yığmasının 8 voleybolçusunu saxlayıb

Finlandiya polisi Kuba yığmasının 8 voleybolçusunu saxlayıb Səbəb kimi oyunçuların siyasi sığınacaq üçün bu ölkəyə müraciət etmələri əsas göstərilib
Komanda
4 İyul , 2016 19:10
Finlandiya polisi Kuba yığmasının 8 voleybolçusunu saxlayıb

Bakı. 4 iyul. REPORT.AZ/ Voleybol üzrə kişilərdən ibarət Kuba milli komandasının 8 oyunçusu Finlandiya polisi tərəfindən saxlanılıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, buna səbəb kimi oyunlara çıxmaqdan imtina etmiş kubalı voleybolçuların siyasi sığınacaq üçün bu ölkəyə müraciət etmələri göstərilib. 

Saxlanılanlar arasında Portuqaliya ilə matça çıxmayan millinin kapitanı da var.

Qeyd edək ki, Kuba yığması FİVB Dünya Liqasına qatılmaq üçün Finlandiyaya gəlib. 

Son xəbərlər

Orphus sistemi