Yuxarı

Finlandiya polisi Kuba yığmasının 8 voleybolçusunu saxlayıb

Səbəb kimi oyunçuların siyasi sığınacaq üçün bu ölkəyə müraciət etmələri əsas göstərilib

Bakı. 4 iyul. REPORT.AZ/ Voleybol üzrə kişilərdən ibarət Kuba milli komandasının 8 oyunçusu Finlandiya polisi tərəfindən saxlanılıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, buna səbəb kimi oyunlara çıxmaqdan imtina etmiş kubalı voleybolçuların siyasi sığınacaq üçün bu ölkəyə müraciət etmələri göstərilib. 

Saxlanılanlar arasında Portuqaliya ilə matça çıxmayan millinin kapitanı da var.

Qeyd edək ki, Kuba yığması FİVB Dünya Liqasına qatılmaq üçün Finlandiyaya gəlib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi