EYOF: Türkiyə medal sıralamasında Azərbaycanı ötüb

EYOF: Türkiyə medal sıralamasında Azərbaycanı ötüb Türkiyə millisi Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) medal sıralamasında Azərbaycan komandasını keçərək 3-cü pilləyə yüksəlib.
Komanda
27 İyul , 2019 16:28
EYOF: Türkiyə medal sıralamasında Azərbaycanı ötüb

Türkiyə millisi Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) medal sıralamasında Azərbaycan komandasını keçərək 3-cü pilləyə yüksəlib.

“Report” xəbər verir ki, dəyişiklik Türkiyənin cüdo üzrə millisinin qarışıq komanda yarışının finalında Rusiya kollektivini məğlub etməsindən sonra reallaşıb. Bununla aktivinə 11-ci qızıl medalı yazdıran, 5 gümüş və 10 bürünc medala sahib olan “ay-ulduzlular” önə keçiblər.

Hazırda Rusiya komandası 28 qızıl, 17 gümüş və 20 bürünc medalla 1-ci sıradadır. Böyük Britaniya yığması 11 qızıl, 12 gümüş və 2 bürünc medalla 2-ci yerdədir. Hesabında 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan millisi 4-cüdür.

Qeyd edək ki, Azərbaycan idmançıları EYOF-da çıxışlarını başa vurublar.

Son xəbərlər

Orphus sistemi