Yuxarı

Cənubi Koreya prezidenti 2018-ci ildə keçiriləcək Olimpiya Oyunlarında təhlükəsizliyə zəmanət verib

Cənubi Koreya prezidenti 2018-ci ildə keçiriləcək Olimpiya Oyunlarında təhlükəsizliyə zəmanət verib
Mun Çje İn: Biz gözəl anlayırıq ki, Koreya yarımadası səbəbindən BOK və bütün dünyada müəyyən problemlər yaranır
© AP Photo / Jung Yeon-Je/Pool

Bakı. 20 sentyabr. REPORT.AZ/ Cənubi Koreya prezidenti Beynəlxalq Olimpiya Komitəsinə (BOK) zəmanət verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Mun Çje İn gələn il Pxençyan şəhərində keçiriləcək Olimpiya Oyunları zamanı təhlükəsizliyin təmin ediləcəyini bildirib. 

"Biz gözəl anlayırıq ki, Koreya yarımadası səbəbindən BOK və bütün dünyada müəyyən problemlər yaranır. Lakin Oyunların uğurla keçirilməsi təhlükəsizlik məsələlərinə dair narahatçılığı aradan qaldıracaq və regionda sülhün hökm sürdüyünü göstərəcək", - prezident deyib.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları 2018-ci il fevralın 9-dan 25-dək Pxençyan şəhərində keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi