"Formula-1" yarışının təşkilatçısı adını dəyişdirib

"Formula-1" yarışının təşkilatçısı adını dəyişdirib "Baku Grand Prix" MMC adını "Bakı Şəhər Halqası Əməliyyat Şirkəti"nə dəyişib
Komanda
7 Noyabr , 2015 11:13
Formula-1 yarışının təşkilatçısı adını dəyişdirib

Bakı. 7 noyabr. REPORT.AZ/ "Baku Grand Prix" MMC-nin təşkilatı-hüquqi forması və adı dəyişdirilərək "Bakı Şəhər Halqası Əməliyyat Şirkəti" qeyri-kommersiya hüquqi şəxsə çevrilib.

"Report" bu barədə şirkətin rəsmi qəzetdə yerləşdirdiyi elana istinadən xəbər verir.

Qeyd edək ki, şirkət gələn il Azərbaycanda təşkil olunacaq "Formula-1" Avropa Qran-pri yarışlarının təşkilatçısıdır. “Formula-1” yarışları dünyanın 20 ölkəsində keçirilir, gələn il isə Azərbaycanla birlikdə 21 ölkədə təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi