"Azərreyl" Çempionlar Liqasında Fransanın "Sent-Rafael" klubu ilə qarşılaşacaq

"Azərreyl" Çempionlar Liqasında Fransanın "Sent-Rafael" klubu ilə qarşılaşacaq Azərbaycan təmsilçisi qələbə qazansa, "pley-off"a vəsiqə əldə edəcək
Komanda
9 Fevral , 2017 10:27
Azərreyl Çempionlar Liqasında Fransanın Sent-Rafael klubu ilə qarşılaşacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. 

"Report"un məlumatına görə, rəqib Fransa "Sent-Rafael"i olacaq.

İki komanda artıq IV tur çərçivəsində Fransada üz-üzə gəliblər ki, bu da oyunların yerinin dəyişdirilməsi ilə əlaqədardır. Rəqibini səfərdə 3:1 hesabı ilə məğlub edən "Azərreyl" bu dəfə də qələbə qazanacağı təqdirdə, "pley-off" mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edəcək. Famil Ağayevin baş məşqçi olduğu komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan Fransa klubuna uduzsa belə, pley-off şansını itirməyəcək.

Çempionlar Liqası

C qrupu, III tur

9 fevral

18:00. “Azərreyl” (Azərbaycan) - “Sen-Rafael” (Fransa)

Hakimlər: Kristian Volf (İsveçrə), İqor Porvaznik (Slovakiya)

Bakı. “Azərreyl” Voleybol Mərkəzi

Xal durumu: 1."Fənərbağça" (Türkiyə) - 9, 2."Azərreyl" (Azərbaycan) - 6, 3."Dabrova Qornitsa" (Polşa) - 3, 4."Sent-Rafael" (Fransa) - 0.

Qeyd edək ki, Çempionlar Liqasında A qrupunda yer alan Azərbaycanın digər təmsilçisi "Telekom" yanvarın 8-də İtaliyanın "Modena" klubuna uduzmaqla pley-off mərhələsinə vəsiqə şansını əldən verib.

Son xəbərlər

Orphus sistemi