Azərbaycanın voleybol klubları Çempionlar Liqasında mübarizəni dayandırıb

Azərbaycanın voleybol klubları Çempionlar Liqasında mübarizəni dayandırıb Voleybolçu qadınlardan ibarət "Azərreyl" və "Telekom" Çempionlar Liqasında qrup mərhələsinin son oyunlarını keçiriblər
Komanda
1 Mart , 2017 01:05
Azərbaycanın voleybol klubları Çempionlar Liqasında mübarizəni dayandırıb

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" və "Telekom" komandaları Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin son oyunlarını keçiriblər.

"Report"un məlumatına görə, əvvəlcə "rabitəçilər" Bakıda azarkeşlər önünə çıxıb.

A qrupunda yer alan komandanın rəqibi İtaliya "Konelyano"su olub. İspaniyalı Mario Bernaola və serbiyalı Mirko Yankoviçin idarə edəcəyi qarşılaşma "Sərhədçi" İdman Olimpiya Mərkəzində oynanılıb. 5 turdan sonra xalsız olan "Telekom" formal xarakter daşıyan son matçında da uduzub - 0:3.

Növbəti mərhələ şanslarını saxlayan "Azərreyl"ə isə Polşada "Dabrova Qorniça"nın qonağı olub. 5 turdan sonra 9 xalla 2-ci pillədə qərarlaşan Famil Ağayevin komandası "pley-off"a vəsiqə əldə etmək üçün mütləq qalib gəlməli idi. Özü də quru hesablı qələbə "pley-off"a vəsiqəyə ümid verirdi. Ancaq "Azərreyl" üçün çətinliklə əldə etdiyi səfər qələbəsi daha çox təsəli xarakteri daşıyıb. Nəticədə 6 ən güclü komanda sırasına düşə bilməyən Azərbaycan çempionu mübarizəni dayandırıb.

28 fevral

17:00 "Telekom" (Azərbaycan) - "Konelyano" (İtaliya) - 0:3 (13:25, 9:25, 16:25)

Hakimlər: Mario Bernaola (İspaniyalı) və Mirko Yankoviç (Serbiya)

Bakı. Sərhədçi" İdman Olimpiya Mərkəzi

Xal durumu: 1. "Modena" (İtaliya) - 12, "Konelyano" (İtaliya) - 12, "Ximki" (Polşa) - 9, "Telekom" (Azərbaycan) - 0.

21:00 "Dabrova Qorniça" (Polşa) - "Azərreyl" (Azərbaycan) - 2:3 (24:26, 25:16, 22:25, 25:18, 10:15)

Hakimlər: Nadejda Kozlova (Rusiya) və Tomas Murulo (Estoniya)

Dabrova Qorniça. "Sentrum"

Xal durumu: "Fənərbağça" (Türkiyə) - 15, "Azərreyl" (Azərbaycan) - 11, "Dabrova Qorniça" (Polşa) - 7, "Sen-Rafael" (Fransa) - 0.

Son xəbərlər

Orphus sistemi