“Sərhədçi”nin baş məşqçisi: "Ümid edirəm ki, yaxşı oyunla qələbə qazanacağıq”

“Sərhədçi”nin baş məşqçisi: "Ümid edirəm ki, yaxşı oyunla qələbə qazanacağıq” Ümid edirəm ki, yaxşı oyunla qələbə qazanacağıq.
Komanda
1 May , 2024 13:09
“Sərhədçi”nin baş məşqçisi: Ümid edirəm ki, yaxşı oyunla qələbə qazanacağıq”

Ümid edirəm ki, yaxşı oyunla qələbə qazanacağıq.

"Report"un məlumatına görə, bunu “Sərhədçi” klubunun baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Xəzri”yə qarşı keçirəcəkləri ilk matç barədə danışarkən deyib.

O, çempionluq arzusunda olduqlarını dilə gətirib: “Pley-offun “Xəzri”yə qarşı keçirəcəyimiz ilk matçına hazırlaşırıq. İki güclü komanda üz-üzə gələcək. Hər iki tərəf mərhələni keçməyi arzulayır. Hər iki komandanın da yaxşı mövsüm keçirdiyini düşünürəm. Rəqibin heyətində zədəli oyunçular olduğu üçün bəzi dəyişikliklərə gedə bilər. Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq. Məşqlərdə etdiyimiz hər şeyi meydanda göstərməyə çalışacağıq. Çempion olmaq istəyərik və buna köklənmişik. Bütün oyunçuların motivasiyası yüksəkdir".

Qeyd edək ki, bu gün "Sərhədçi" İdman Mərkəzində keçiriləcək 1/4 final matçının start fiti saat 19:30-da səslənəcək. Komandalar arasında ikinci oyun mayın 3-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi