Yuxarı

Azərbaycanın şahmat yığması Avropa çempionatında Ermənistanı məğlub edib

Azərbaycanın şahmat yığması Avropa çempionatında Ermənistanı məğlub edib
Şəhriyar Məmmədyarov məğlub olub, Teymur Rəcəbov qələbə qazanıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Yunanıstanda keçirilən şahmat üzrə Avropa komanda çempionatının 6-cı turunda Azərbaycan yığması Ermənistan millisi ilə qarşılaşıb.

“Report” xəbər verir ki, Azərbaycan millisi rəqibi 2.5:1.5 hesabı ilə məğlubiyyətə uğradıb.

Komandaların bir nömrələrinin qarşılaşmasında Şəhriyar Məmmədyarov Levon Aronyana uduzub.

Üçüncü lövhədə komandanın digər üzvü Arkadi Naydiç isə erməni rəqibi Qabriel Sarqsyanla heç-heçə edib.

İkinci lövhədə ağ fiqurlanla oynayan Teymur Rəcəbov 52-ci gedişdə Sergey Movsesyanı, komandanın 4 nömrəsi Rauf Məmmədov isə 92-ci gedişdə Qrant Melkumyanı məğlub edib.

Bu, Ermənistan yığmasının turnirdə üç qələbə və iki heç-heçədən sonra ilk məğlubiyyəti olub.

Azərbaycan yığması 6 turdan sonra 9 xalla Xorvatiya ilə 3-4-cü yerləri bölüşür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi