Yuxarı

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında Portuqaliyanı məğlub ediblər

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında Portuqaliyanı məğlub ediblər
Azərbaycan ilk turda Ukraynaya 3:1 hesabı ilə qalib gəlib

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasının II turunda Portuqaliya ilə üz-üzə gəlib.

"Report"un məlumatına görə, A qrupunda yer alan yığma ikinci görüşünü də qələbə ilə başa vurub - 3:1. 

Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk setdə uduzsa da, sonrakı üç setdə rəqibindən üstün olub və əzmkar qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan ilk turda Ukraynaya 3:1 hesabı ilə qalib gəlib.

Qızıl Avropa Liqası

A qrupu, II tur

18:00. Azərbaycan - Portuqaliya 3:1 (24:26, 25:17, 25: 14, 25:17)

Hakimlər: Saadettin Deneri (Türkiyə), Fikrət Axundov (Azərbaycan)

Voleybol Mərkəzi

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi