Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycan ağır atleti Anastasiya İbrahimli Tbilisidə keçirilən ağır atletika üzrə Avropa çempionatında mübarizə apardığı 69 kq. çəki dərəcəsində bürünc medal qazanıb.
"Report" xəbər verir ki, bu çəkidə belaruslu Dina Sazanovets qələbə qazanıb.
Rusiyalı Yana Kondraşova gümüş medalın sahibi olub.
Ağır atletika. Avropa çempionatı. Tbilisi (Gürcüstan)
Qadınlar. 69 kq
1. Dina Sazanovets (Belarus) — ümumilikdə 255 kq (birdən qaldırma 115 kq + təkanla 140 kq).
2. Yana Kondraşova (Rusiya) — 235 (105+130).
3. Anastasiya İbrahimli (Azərbaycan) — 233 (103+130).