Azərbaycan milli komandası Sloveniya yığması ilə heç-heçə edib

Azərbaycan milli komandası Sloveniya yığması ilə heç-heçə edib İlk iki seti meydan sahibləri qazansa da, matç heç-heçə yekunlaşıb
Komanda
10 Avqust , 2017 11:14
Azərbaycan milli komandası Sloveniya yığması ilə heç-heçə edib

Bakı. 10 avqust.REPORT.AZ/ Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

“Report”un məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Sloveniya yığması ilə qarşılaşıb.

İlk iki seti meydan sahibləri qazansa da, matç heç-heçə yekunlaşıb - 2:2 (23:25, 26:28, 25:20, 25:13).

Qeyd edək ki, Azərbaycan millisi 22 sentyabr - 1 oktyabrda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi ilə ölkə xaricində hazırlıq keçir.

Son xəbərlər

Orphus sistemi