Azərbaycan İsveçrədə keçirilmiş qar polosu üzrə Dünya Kubokunda qonaq qismində iştirak edib

Azərbaycan İsveçrədə keçirilmiş qar polosu üzrə Dünya Kubokunda qonaq qismində iştirak edib Turnir çərçivəsində Azərbaycana həsr olunmuş "Moritz-Baku Night" adlı gecə keçirilib
Komanda
30 Yanvar , 2017 11:36
Azərbaycan İsveçrədə keçirilmiş qar polosu üzrə Dünya Kubokunda qonaq qismində iştirak edib

Bern. 30 yanvar. REPORT.AZ/ Azərbaycan İsveçrənin Sankt-Moritz şəhərində keçirilmiş qar polosu üzrə Dünya Kubokunda rəsmi qonaq qismində iştirak edib.

"Report"un İsveçrə müxbirinin verdiyi məlumata görə, Dünya Kuboku yanvarın 27-29-da baş tutub.

Yanvarın 28-də isə "Badrutt`s Palace" hotelində turnir çərçivəsində Azərbaycana həsr olunmuş "Moritz-Baku Night" adlı gecə keçirilib.

Qeyd edək ki, İsveçrənin Sankt-Morits şəhərində keçirilən qar polosu üzrə Dünya Kuboku qar üzərində polo idman növündə yeganə elit turnir sayılır. Bu şəhərdə ilk turnir 1985-ci ildə donmuş Sankt-Morits gölünün üzərində keçirilib. Hər il bu yarış 12 minə yaxın tamaşaçı toplayır.

Son xəbərlər

Orphus sistemi