Azərbaycan - İran qarşılaşmalarına təyinatlar açıqlanıb

Azərbaycan - İran qarşılaşmalarına təyinatlar açıqlanıb Bakı İdman Sarayında keçiriləcək hər iki futzal matçını yerli hakimlər idarə edəcəklər
Komanda
22 Yanvar , 2018 11:10
Azərbaycan - İran qarşılaşmalarına təyinatlar açıqlanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin İran yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün təyinatlar açıqlanıb.

“Report” xəbər verir ki, yanvarın 23-də və 24-də Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşmanı yerli hakimlər idarə edəcəklər.

Yoldaşlıq oyunları

23 yanvar

21:00. Azərbaycan – İran

Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Ramil Namazov

24 yanvar

21:00. Azərbaycan – İran

Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək. Joze Alesio Da Silvanı rəhbərlik etdiyi kollektiv qrup oyunları çərçivəsində fevralın 2-də Fransa, fevralın 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi