Azərbaycan cüdoçuları Macarıstandan 4 medalla Bakıya qayıdıblar - FOTO

Azərbaycan cüdoçuları Macarıstandan 4 medalla Bakıya qayıdıblar - FOTO Onları Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar
Komanda
4 Sentyabr , 2017 12:27
Azərbaycan cüdoçuları Macarıstandan 4 medalla Bakıya qayıdıblar - FOTO
judo.az

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycan cüdoçuları Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında uğur qazanaraq Vətənə dönüblər. 

"Report"un məlumatına görə, yarışda 2 gümüş, 2 bürünc medal qazanan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, dünya çempionatında Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi