Yuxarı

Azərbaycan çempionatının oyunu zamanı iranlı futzalçı huşunu itirib

Azərbaycan çempionatının oyunu zamanı iranlı futzalçı huşunu itirib
Gecəni xəstəxanada keçirən oyunçu bu gün evə buraxılacaq

Bakı. 27 dekabr. REPORT.AZ/ Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIV turun “Neftçi” – “Marafon Futsal” qarşılaşmasında insident baş verib. "Report"un məlumatına görə, oyunun sonuncu dəqiqəsində “Neftçi”nin iranlı legioneri Sadiq Cavid meydanın mərkəzində anidən huşunu itirərək yıxılıb. 

Futzalçıya həm “Neftçi”, həm “Marafon Futsal”, həm də oyunların baş həkimi Esmiralda Ələkbərova tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım maşını ilə iranlı futzalçı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Dərhal tibbi müayinədən keçirilən oyunçunun hansısa orqanında çatışmazlıq, problem aşkarlanmayıb. 

Klubdan Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə verilən məlumata görə, gecəni xəstəxanada keçirən oyunçu bu gün evə buraxılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi