​Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan cüdoçularımız vətənə qayıdıblar

​Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan cüdoçularımız vətənə qayıdıblar Onları ACF rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və bir qrup azarkeş qarşılayıb
Komanda
5 İyul , 2016 07:36
​Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan cüdoçularımız vətənə qayıdıblar

Bakı. 5 iyul. REPORT.AZ/ Finlandiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız Vətənə qayıdıblar.

Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, mötəbər turnirdə 3 medal qazanmış milli komandanın üzvlərini Heydər Əliyev adına Binə Hava Limanında federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, Avropa çempionatında cüdoçularımızdan Rövşən Əliyev (50 kq), Əhməd Yusifov (55 kq) qızıl, Raşxan Baxşəliyev (50 kq) isə bürünc medala sahib olublar.

Son xəbərlər

Orphus sistemi