Yuxarı

“Araz”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı açıqlanıb

“Araz”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı açıqlanıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Araz” futzal klubunun Çempionlar Liqasının əsas mərhələsində oyunlarının vaxtı açıqlanıb.

“Report” xəbər verir ki, ölkə çempionu mübarizəyə Litvanın “Vytis” komandasına qarşı matçla start verəcək. Bu oyun oktyabrın 3-də keçiriləcək. “Araz” ertəsi gün Malta təmsilçisi “Valletta” ilə gücünü sınayacaq. Qrupun son oyunu oktyabrın 6-da keçiriləcək. Azərbaycan komandası Sloveniyanın “Luçenec” kollektivi ilə üz-üzə gələcək.

3 oktyabr

17:30. “Araz” (Azərbaycan) – “Vytis” (Litva)

4 oktyabr

17:30. “Valletta” (Malta) – “Araz” (Azərbaycan)

6 oktyabr

20:00. “Araz” (Azərbaycan) – “Luçenec” (Slovakiya)

Qeyd edək ki, VIII qrupun oyunları Slovakiyada “Sportova hala Arena”da keçiriləcək. Matçların başlama saatı Bakı vaxtı ilə göstərilib və canlı yayımla əlaqədar dəyişdirilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi