“Araz”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı açıqlanıb

“Araz”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı açıqlanıb Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Araz” futzal klubunun Çempionlar Liqasının əsas mərhələsində oyunlarının vaxtı açıqlanıb.
Komanda
4 Sentyabr , 2018 11:47
“Araz”ın Çempionlar Liqasındakı oyunlarının vaxtı açıqlanıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Araz” futzal klubunun Çempionlar Liqasının əsas mərhələsində oyunlarının vaxtı açıqlanıb.

“Report” xəbər verir ki, ölkə çempionu mübarizəyə Litvanın “Vytis” komandasına qarşı matçla start verəcək. Bu oyun oktyabrın 3-də keçiriləcək. “Araz” ertəsi gün Malta təmsilçisi “Valletta” ilə gücünü sınayacaq. Qrupun son oyunu oktyabrın 6-da keçiriləcək. Azərbaycan komandası Sloveniyanın “Luçenec” kollektivi ilə üz-üzə gələcək.

3 oktyabr

17:30. “Araz” (Azərbaycan) – “Vytis” (Litva)

4 oktyabr

17:30. “Valletta” (Malta) – “Araz” (Azərbaycan)

6 oktyabr

20:00. “Araz” (Azərbaycan) – “Luçenec” (Slovakiya)

Qeyd edək ki, VIII qrupun oyunları Slovakiyada “Sportova hala Arena”da keçiriləcək. Matçların başlama saatı Bakı vaxtı ilə göstərilib və canlı yayımla əlaqədar dəyişdirilə bilər.

Son xəbərlər

Orphus sistemi