Azərbaycan çempionatının bu tarixdə keçirilməsi təklif olundu

Azərbaycan çempionatının bu tarixdə keçirilməsi təklif olundu Ümumdünya Atletikası milli federasiyalara koronavirusa görə təxirə salınmış yerli çempionatları 8-9 avqustda keçirməyi məsləhət görüb.
Fərdi
10 Aprel , 2020 17:18
Azərbaycan çempionatının bu tarixdə keçirilməsi təklif olundu

Ümumdünya Atletikası milli federasiyalara koronavirusa görə təxirə salınmış yerli çempionatları 8-9 avqustda keçirməyi məsləhət görüb. 

"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Ali atletika qurumunun prezidenti Sebastyan Kou gecikmiş mövsümü avqust - oktyabrda açıq havada keçirməyə çalışacaqlarını bildirib: "Ümid edirik ki, avqustun əvvəlində Şimal yarımkürəsinin bir çox ölkəsində milli çempionatlar başlayacaq. Ölkələr arasında sərhədlərə qoyulan məhdudiyyətlər bu yarışlara təsir göstərməz".

2021-ci il üçün atletika yarışlarının ümumi təqvimində milli çempionatların keçirilməsi üçün iki pəncərə planlaşdırılır: 5-6 iyun və 26-27 iyun.

Qeyd edək ki, 11-12 apreldə Qusar şəhərində kross qaçışı üzrə Azərbaycan çempionatı, 12-13 iyunda isə Bakıda atletika üzrə Azərbaycan çempionatının keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi