Veyk-an-Zee: Şəhriyar və Teymur növbəti dəfə heç-heçə edib

Veyk-an-Zee: Şəhriyar və Teymur növbəti dəfə heç-heçə edib Bakı. 25 yanvar. REPORT.AZ/ Yanvarın 24-də Hollandiyanın Veyk-an-Zee şəhərində Tata Steel Chess şahmat superturnirinin 10-cu turu keçirilib.
Fərdi
25 Yanvar , 2019 04:53
Veyk-an-Zee: Şəhriyar və Teymur növbəti dəfə heç-heçə edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Yanvarın 24-də Hollandiyanın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" şahmat superturnirinin 10-cu turu keçirilib.

“Report” xəbər verir ki, Azərbaycanı yarışda təmsil edən Şəhriyar Məmmədyarov bu turda çinli Din Lijenlə qarşılaşıb və partiya heç-heçə başa çatıb.

Yarışda çıxış edən digər qrossmeysterimiz Teymur Rəcəbov da heç-heçə ilə razılaşıb. Onun rəqibi amerikalı Sem Şenklend olub.

Tata Steel Chess

Veyk-an-Zee, Hollandiya

10-cu tur

Maqnus Karlsen (Norveç) – Vişvanatan Anand (Hindistan) – 1:0

Yan-Kşiştof Duda (Polşa) – Rixard Rapport (Macarıstan) – 0:1

Din Lijen (Çin) – Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) – 0,5:0,5

Santoş Vidit (Hindistan) – Vladimir Kramnik (Rusiya) - 1:0

Yorden van Forest (Hollandiya) - Yann Nepomnyaşi (Rusiya) - 1:0

Vladimir Fedoseyev (Rusiya) – Aniş Giri (Hollandiya) – 0:1

Sem Şenklend (ABŞ) – Teymur Rəcəbov (AZƏRBAYCAN) – 0,5:0,5

Turnir cədvəli: Karlsen – 7, Giri – 6,5, Anand, Nepomnyaşi, Lijen – 6, Rəcəbov, Vidit – 5, Duda, Fedoseyev, Şenklend, Rapport – 4,5, Məmmədyarov, van Forest – 4, Kramnik – 2,5.

Son xəbərlər

Orphus sistemi